
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqda uğurlu əməliyyat həyata keçirib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, MİT terror təşkilatı PKK-nın İran qolu YRK-nın qurucuları arasında yer alan, kod adı Amed Serhed adlı terrorçu və onun Süleymaniyyədəki mühafizəçisini zərərsizləşdirib.
MİT Amed Serhed kod adlı iranlı terrorçunun Süleymaniyə/İraqın Pəncavin çölündə fəaliyyət göstərdiyini müəyyən edib.
PKK-ya qoşulduqdan sonra təşkilatın üst rəhbərliyi tərəfindən qısa müddətə Diyarbəkir və Bitlisə təyinat alarkən təhlükəsizlik qüvvələrinə qarşı bir çox silahlı əməliyyatlar həyata keçirən iranlı terrorçu MİT-in hədəf siyahısına salınıb.
Şərqi Kürdüstan Müdafiə Birliklərinin (YRK) qurucusu Amed Serhed kod adlı terrorçunun mühafizəçisi iranlı Şivan Çiya kod adlı Akam Şahenin də bir müddət İran və Hakkaridə fəaliyyət göstərdiyi müəyyən edilib.
Anar Əliyev