
Xəzər dənizinin Qazaxıstan hussəsində balıqların kütləvi şəkildə məhvi qeydə alınıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Ural-Xəzər Regionlararası Hövzə Balıqçılıq Müfəttişliyinin məlumatına görə, Atırau vilayətinin Baksay su kanalında da kütləvi balıq ölümü baş verib.
Qurum bildirib ki, balıqların ölməsinə su səthinin donması səbəb olub.
Müfəttişliyin vəziyyətə adekvat müdaxiləsi nəticəsində 180 minə yaxın bala xilas edilib.
Eyni zamanda laboratoriya müayinələri üçün su və balıq nümunələri götürülüb.
Anar Əliyev