
Türkiyədə saxta spirtli içkidən ölənlərin sayı 40-a yaxınlaşıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, təkcə İstanbulda 92 nəfər saxta spirtli içki səbəbindən xəstəxanaya yerləşdirilib. Xəstəxanada dünyasını dəyişənlərin sayı 37-yə çatıb. 27 nəfər intubasiya edilib.
Müraciət edənlər Güngören, Beyoğlu, Bakırköy və Başakşehir kimi müxtəlif rayonlarda müalicə olunublar.
Bütün müdaxilələrə baxmayaraq xəstəxanada müalicə olunan 88 nəfərdən 37-nin həyatını xilas etmək mümkün olmayıb və həyatını itirib. Xəstəxanada müalicəsi davam edən 27 nəfərin reanimasiyada olduğu bildirilib.
Anar Əliyev