Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

136 vəzifəli şəxs məsuliyyətə cəlb edilib

136 vəzifəli şəxs məsuliyyətə cəlb edilib


Keçən il Qazaxıstanda 136 vəzifəli şəxs məsuliyyətə cəlb edilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu baş prokuror Berik Asılov prezident Kasım-Jomart Tokayevə məruzə edərkən deyib.

Dövlət başçısına təqdim olunan hesabata əsasən, 81 min sahibkarın sosial-iqtisadi sahədə əmək hüquqlarının pozulmasına yol verilməyib.

Prokurorluq ibtidai istintaq mərhələsində Cinayət-Prosessual Məcəlləsinə uyğun olmayan 32 mindən çox qanunsuz qərarın icrasını dayandırıb. 4 min vətəndaşın əsassız olaraq cinayət işlərinə cəlb edilməsinin qarşısı alınıb.

Bundan başqa, 979 min pensiyaçının, əhalinin sosial təminatsız təbəqəsinin və digər vətəndaşların sosial-iqtisadi sahədə pozulmuş hüquqları bərpa edilib. 123 min işçinin əmək hüquqlarının pozulmasına yol verilməyib. Ümumilikdə 4,5 milyard tenge aliment borcları yığılıb.

Anar Əliyev
Xəbəri paylaş