Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belarus parlamentinin nümayəndə heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib

Belarus parlamentinin nümayəndə heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib


Ölkəmizdə rəsmi səfərdə olan Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 18-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Bewscenter.az xəbər verir ki, Belarus parlamentinin nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıblar, məzarları üzərinə tər çiçəklər düzüblər və “Əbədi məşəl” abidəsinin ününə əklil qoyublar.

Süleyman
Xəbəri paylaş