
2050-ci ilə qədər dünya əhalisinin yarıdan çoxu obez ola bilər.
Newscenter.az xəbər verir ki, Lancet jurnalında dərc olunan araşdırmaya görə, 2050-ci ilə qədər bütün dünyada böyüklərin yarısından çoxu və uşaqların üçdə biri piylənmə və ya artıq çəki ola bilər. Bu, vaxtından əvvəl ölüm riskini artıraraq səhiyyə sistemlərinə böyük yük yarada bilər.
Tədqiqat, son 30 ildə qlobal piylənmə böhranına qarşı qeyri-adekvat tədbirlərin təsirlənən insanların sayının kəskin artmasına səbəb olduğunu bildirir Hazırda 25 və daha yuxarı yaşda olan 2,11 milyard böyüklər və 5-24 yaş arası 493 milyon uşaq və gənc artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Bu rəqəmlər 1990-cı ildə müvafiq olaraq 731 milyon və 198 milyon idi.
Mehman Mehdiyev