Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Onurğadakı gizli təhlükə: Skolioz

Onurğadakı gizli təhlükə: Skolioz


Skolioz və ya onurğa əyriliyi xüsusilə yeniyetmə uşaqlarda baş verir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, onurğada əyrilik 10 dərəcəni keçərsə, xəstəlik diaqnozu qoyulur.

Onurğada ciddi təhlükə: Skoliozdur.

Skolioz, onurğanın sağa və ya sola əyildiyi bir vəziyyətdir. Bu xəstəlik hər 100 nəfərdən 3-də rast gəlinir. Bəs, skolioz niyə yaranır və ailələr nələrə diqqət etməlidir?

Skolioz onurğa sütununda bəzi fəqərələrin öz oxları ətrafında fırlanması ilə müşayiət olunan anatomik oxa nisbətən 10 dərəcədən çox yana doğru əyilməsidir. 10 dərəcədən az yana doğru əyilmə onurğanın əyriliyi adlanır.

Ən çox rast gəlinən skolyoz növü 10-18 yaş arası uşaqlarda görülən Adolesan İdiopatik Skoliozdur.


Mehman Mehdiyev
Xəbəri paylaş