
Qazaxıstanda hava limanları və dəmir yolu stansiyalarında təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumata görə, Qazaxıstanın qatar stansiyalarında və hava limanlarında əlavə təhlükəsizlik tədbirləri tətbiq olunacaq.
Soyuq silah aşkarlama sistemləri birbaşa hava limanlarının və qatar stansiyalarının girişlərində yerləşdiriləcək.
Xatırladaq ki, martın 7-də səhər saatlarında bir nəfər Almatı hava limanının əməkdaşını girov götürmüşdü.
Anar Əliyev