
İsrailin 7 oktyabr 2023-cü il tarixindən Qəzzada başladığı hərbi əməliyyatlar nəticəsində 48 515 nəfər qətlə yetirilib. Bu müddət ərzində yaralıların sayı isə 111 min 941 nəfərə yüksəlib.
Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təkcə son 24 saat ərzində İsrailin hücumları nətucəsində 7 nəfər həyatını itirib. Bundan başqa 12 fələstinlinin cənazəsi dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, HƏMAS ilə əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasına baxmayaraq, İsrail Qəzzada atəşkəs rejimini tez-tez pozmağa davam edir.
Anar Əliyev