
Cənubi Qafqazın tarixi böyük müharibələrə, imperiyaların, dövlətlərin yaranışına və süqutuna şahidlik edib. Lakin regionda baş vermiş dəhşətli faciələr və etnik təmizləmələr yalnız Azərbaycan xalqının taleyində öz əksini tapıb. Bunun da səbəbi bəllidir.
İslamın mərhəməti və hümanizm dəyərləri ilə mayası yoğrulmuş xalqımız heç vaxt qonşularının torpağına, malına, canına qəsd etməmiş, sülh şəraitində birgə yaşamağı üstün tutmuşdur. Ancaq XIX əsrdən başlayaraq şimaldan əsən soyuq küləklər vətənimizin üzərinə qara buludlar gətirdi. Çar imperiyasının parçalanmış və zəif düşmüş Azərbaycan xanlıqlarını işğal etməsi o qədər də uzun sürmədi. Bununla yanaşı onlar qarşılarında ən böyük əngəllərdən biri olan Qacar imperiyasını da məğlub etməyi bacardılar və nəticədə Şah I Təhmasiblə formalaşmış bütöv Azərbaycan iki hissəyə bölündü. Ruslar üçün müsəlman Azərbaycan torpaqlarında möhkəmlənmək və özlərinə dayaq nöqtəsi yaratmaq zəruri idi. Çünki bizlə onların həyat tərzi, adət-ənənələri, dinləri iki ayrı qütb kimi idi, heç vaxt uzlaşmayacaqdı.
Məhz bu səbəbdən itaətə öyrəşmiş, xristian bir xalqa ehtiyac var idi. Ermənilər Çarın kirli oyunlarını canla, başla reallaşdıracaq yeganə qüvvə idi. Buna görə də, Osmanlı və İranla bağlanan bütün müqavilələrdə ermənilərin Azərbaycan torpaqlarına köçünə rast gəlinir. Əsas məskunlaşma yeri kimi Qərbi Azərbaycan və Qaradağ torpaqlarının seçilməsi də təsadüfi deyildi. 1828 - ci ildən etibarən ruslar tərəfindən ermənilərin məskunlaşdırılması prosesi həyata keçirildi. Haylar zaman keçdikcə hər kəsə məzlum erməni simasının ardında gizlənmiş şeytanı nümayiş etdirməyə başladılar. Rusiyanın sərhədsiz dəstəyinə arxayın olan ermənilər əllərinə düşən bütün fürsətlərdən maksimum dərəcədə yararlanaraq xalqımıza qarşı sözlə ifadə edilməsi çətin və dəhşətli qətliamlar törətdilər. 1905-ci ildən etibarən qırğınlar aktiv fazaya qədəm qoydu. 1918-ci ilin mart-aprel qırğınları bunun bariz nümunəsidir.
31 Mart soyqrımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri kimi qan yaddaşımızda əbədi olaraq həkk olundu. Stefan Şamuyanın rəhbərlik etdiyi quldur daşnak dəstələri müxtəlif bölgələrimizdə etnik təmizləmələr həyata keçirdilər. Tarix səhnəsində bu qədər gözü dönmüş, vəhşiləşmiş və eyni zamanda qorxaq olan ikinci bir xalqa rast gəlmək mümkün deyil. Çünki mərdlik və şücaət anlayışları haylar üçün yad bir hissdir. Onlar fəaliyyəti zəifləmiş və əldən düşmüş Aslanın başına yığılan çakkallar səhnəsini xatırladır.
Lakin biz öz yaralarımızı sarmağı yaxşı bacarırıq və gücümüzü bərpa edirik. Şanlı ordumuz döyüş meydanında bizə yaraşan tərzdə qısasımızı artıqlaması ilə aldı və üzərimizdəki ləkəni təmizlədi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Pərviz Mirizadə, siyasi şərhçi