
"Müasir dövrdə inkişaf edən dünya kontekstində bu inkişafa uyğun şəkildə insan toplumlarının yaşam şəraitləri, insanların ölkə daxilində miqrasiyası, urbanizasiya məsələləri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumu, WUF13-ün bu sahədə əhəmiyyəti böyükdür".
Bunları Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, ölkələrin öz təcrübələrindən çıxış edərək bu məsələlərdə tapdıqları həll yolları digər ölkələr üçün də maraqlı olur:
"Şəhərsalmanın əsaslarının artıq tamamilə yeni konsepsiyalar üzərində qurulması zamanın tələbi olur. Şəhərlərin müasir təcrübələr əsasında qurulması üçün yeni təfəkkür və dünya görüşü tələb olunur. Bu baxımdan Azərbaycanın bilavasitə bu işdə həm təcrübəsi, həm də ehtiyacı olan bu məsələyə baxışı prinsipial əhəmiyyət daşıyır. Çünki Azərbaycan işğaldan azad etdiyi ərazilərində müasir şəhərlər salır və burda əldə etdiyi təcrübələri dünya ilə bölüşür, eyni zamanda, dünya ölkələrindən də çox şeylər öyrənməyə ehtiyacı vardır".
Azər Qasımov hesab edir ki, WUF13 Azərbaycan üçün bu sahədə irəliləyiş baxımından mühüm rol oynayacaq:
"Şəhərsalmanın incəliklərinin qarşılıqlı paylaşılması, bütün ölkələrin şəhərsalma ənənələrinin müasirliklə, yeni texnologiyalarla qurulması hamıya faydalı olacaq".
Süleyman










































