Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Orta Dəhliz layihəsinin inkişafı Türk dünyasının iqtisadi gələcəyi baxımından böyük strateji əhəmiyyət daşıyır

Orta Dəhliz layihəsinin inkişafı Türk dünyasının iqtisadi gələcəyi baxımından böyük strateji əhəmiyyət daşıyır


“Ötən həftə Türk dünyasının inteqrasiyası, birlik və bərabərliyinin gücləndirilməsi baxımından əhəmiyyətli oldu. Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının zirvə görüşü, Bakıda isə təşkilata üzv ölkələrin QHT-lərinin İkinci Forumu baş tutdu. Zirvə görüşü ilk növbədə siyasi baxımdan mühüm hadisə kimi qiymətləndirilməlidir. Son illərdə Türk dövlətləri arasında əməkdaşlıq yalnız mədəni-humanitar sahə ilə məhdudlaşmır, artıq siyasi təhlükəsizlik, iqtisadi inkişaf, enerji, müdafiə və nəqliyyat sahələrini də əhatə edir”.

Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov deyib. Onun sözlərinə görə, Zirvə görüşündə diqqət çəkən məqamlardan biri ondan ibarət idi ki, görüşdə Türk dünyasının beynəlxalq münasibətlər sistemində vahid mövqedən çıxış etməsinin vacibliyi vurğulandı:

“Çünki bu bir zərurətdir. Mövcud vəziyyətdə regional təhlükəsizlik məsələləri, qlobal iqtisadi çağırışlar və yeni geosiyasi proseslər fonunda Türk dövlətlərinin koordinasiyalı fəaliyyətinə ciddi ehtiyac var. Bu, təşkilatın gələcəkdə beynəlxalq arenada daha təsirli siyasi gücə çevrilməsinə imkan yarada bilər”.

Deputat qeyd edib ki, Türküstan zirvəsində də iqtisadi inteqrasiya məsələləri əsas müzakirə mövzularından biri idi:

“Zirvə görüşündə üzv dövlətlər arasında ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin təşviqi və biznes əlaqələrinin genişləndirilməsi istiqamətində yeni təşəbbüslər irəli sürüldü.

Xüsusilə Orta Dəhliz layihəsinin inkişafı Türk dünyasının iqtisadi gələcəyi baxımından böyük strateji əhəmiyyət daşıyır. Asiyanı Avropa ilə birləşdirən bu nəqliyyat marşrutu Türk dövlətlərinin tranzit imkanlarını artırmaqla yanaşı, regionun qlobal ticarətdə rolunu da gücləndirir. Azərbaycan, Qazaxıstan, Türkiyə və digər Türk dövlətlərinin bu layihədə fəal iştirakı iqtisadi inteqrasiyanın praktik nəticələrini ortaya qoyur”.

Süleyman
Xəbəri paylaş