
Türkiyənin Trabzon şəhəri ilə Şuşa şəhəri qardaşlaşır.
Newscenter.az-ın xəbərinə görə, bu barədə Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Əhməd Metin Genç məlumat verib. Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramı (BMT-Habitat) tərəfindən Azərbaycanın paytaxtı Bakıda təşkil edilən 13-cü Dünya Şəhərsalma Forumunda (WUF13) iştirak etmək üçün ölkəmizə gələn Metin Genc, qardaşlaşmış şəhərlər protokolunun mayın 19-da imzalanacağını bildirib.
Bələdiyyə sədri, İkinci Dağlıq Qarabağ müharibəsi zamanı Trabzonda Boztəpədə Azərbaycan bayrağını qaldırdıqlarını və müharibədən sonra bu həmrəyliyə görə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırıldıqlarını xatırladıb.
Şuşaya səfər edən Türkiyədən ilk bələdiyyə başçısı olduğunu bildirən Genc, Qarabağın işğaldan azad edilməsinin böyük əhəmiyyət kəsb etdiyini deyib.
Genç türk dünyası ilə əlaqələrin gücləndirilməsinə əhəmiyyət verdiklərini bildirərək, "Şuşa Azərbaycan üçün son dərəcə vacib bir mədəni şəhərdir və ölkənin ürəyi hesab olunur. Keçən il Qırğızıstanın Bişkek, Qazaxıstanın Aktau və Özbəkistanın Buxara şəhərləri ilə qardaş şəhər protokolları imzaladıq. İnşallah, indi Azərbaycanın Şuşa şəhəri ilə protokol imzalayacağıq. Həmçinin, Türkmənistanın Mərv şəhəri ilə də bu prosesini davam etdiririk",-deyə bildirib.
Süleyman









































