Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə avtobus qəzası, çoxlu sayda yaralı var

Türkiyədə avtobus qəzası, çoxlu sayda yaralı var


Türkiyədə sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Newscenter az trthaber-ə istinadən bildirir ki, A.G.-nin idarə etdiyi və İstanbuldan İzmir istiqamətində hərəkət edən sərnişin avtobusu Susurlukun Yeni Mahalle ərazisində idarəetməni itirərək aşıb.

Məlumata əsasən, hadisə yerinə jandarma, yanğınsöndürmə, polis və tibbi qruplar göndərilib.

Qəzada avtobusda olan 40 nəfərdən 25-i xəsarət alıb.

Yaralılar müalicə üçün yaxınlıqdakı xəstəxanalara aparılıb.

Anar
Xəbəri paylaş