Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

*WUF13-də “ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu” mövzusunda infosessiya keçiriləcək*

*WUF13-də “ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu” mövzusunda infosessiya keçiriləcək*


Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mayın 17-də “Azərbaycan Dəmir Yollarının şəhərlərin inkişafı və urbanizasiyada rolu” mövzusunda infosessiya keçiriləcək.

Newscenter.az ADY-yə istinadən bildirir ki, bundan başqa, AZCON Holding-in stendində (D15) dəmir yollarının urbanizasiyanın inkişafındakı roluna həsr olunmuş rəqəmsal təqdimatları olacaq.

“Şəhərlərin dəmir yolu vasitəsilə transformasiyası” mövzusunda daha bir infosessiya isə mayın 19-da təşkil ediləcək.

Qeyd edək ki, ADY 17-22 may tarixlərində Bakıda keçiriləcək WUF13 ilə əlaqədar gücləndirilmiş, eyni zamanda, bütün aidiyyəti qurumlarla koordinasiyalı iş rejimində fəaliyyət göstərəcək.

Süleyman
Xəbəri paylaş