Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Moped istifadəçilərinə bəd xəbər-QADAĞAN EDİLƏCƏK

Moped istifadəçilərinə bəd xəbər-QADAĞAN EDİLƏCƏK


Aprelin 5-dən etibarən dövlət qeydiyyat nömrəsi olmayan mopedlərin istismarı qadağan ediləcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Yol Hərəkəti Qaydalarına edilən dəyişikliyə əsasən, artıq mopedlərin dövlət qeydiyyat nömrəsi olmalıdır.

Eyni zamanda moped sahibinin A1 kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. Ancaq A və ya B kateqoriyanız varsa, moped sürməyə icazə verilir.

Mopedi qeydiyyatdan keçirmədən sürməyə görə cərimə tətbiq ediləcək. Cərimənin məbləği 39 320 tengedir.

Anar Əliyev
Xəbəri paylaş