Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Turistləri daşıyan qayıq yandı

Turistləri daşıyan qayıq yandı


Tailandın cənubunda Rusiya və Qazaxıstandan olan turistləri daşıyan qayıq yanıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, əvvəlcə qayıqda partlayış səsi eşidilib. Fövqəladə hadisə Phuket əyalətinin Meyton adası yaxınlığında dənizdə baş verib. Qayıqda 31 nəfərin olduğu bildirilir.

Hadisə zamanı 30 turist xilas edilib. Bir rusiyalı turist isə qayıqda qaldığı üçün yanıq xəsarətləri alıb. Yaralanan şəxs tibbi yardım üçün xəstəxanaya aparılıb.

Anar Əliyev
Xəbəri paylaş