
Türkiyədə daha 46 qeyri-qanuni miqrant saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə İzmir sahillərində qeydə alınıb.
Sahil Mühafizəsi Komandanlığının internet saytındakı açıqlamaya görə, Dikili sahillərində növbətçi olan Sahil Mühafizə Botu rezin qayıqda bir qrup qeyri-qanuni immiqrantı aşkar edib.
Komandalar tərəfindən dayandırılan rezin qayıqda olan 46 nizamsız miqrant sahilə çıxarılıb.
Prosedurların ardından qeyri-qanuni miqrantlar İl Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.
Anar Əliyev