Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçmiş diplomat həbs edilib

Keçmiş diplomat həbs edilib


Qazaxıstanın BƏƏ-dəki səfirinin keçmiş müşaviri Astanada həbs edilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Saken Mamaşa qarşı ötən il həyat yoldaşına qarşı sistematik zorakılıq faktına görə cinayət işi açılıb. Bundan sonra polis əməliyyat qrupu yaradıb.

Hadisənin bütün hallarının müəyyən edilməsi üçün lazımi ekspertizalar aparılıb. Sübutlar toplanaraq təsdiq edilib. İstintaqdan sonra məhkəmə şübhəlinin barəsində həbs-qətimkan tədbiri seçilib.

Bundan əvvəl onun həyat yoldaşı Karina Mamaş ərinin onu sistematik şəkildə döyməsindən şikayət etmişdi.

Mehman Mehdiyev
Xəbəri paylaş