Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın müharibəni bitirmək kimi istəyi yoxdur

Rusiyanın müharibəni bitirmək kimi istəyi yoxdur


"Trampın hələ hakimiyyətə gəlməmişdən öncə müharibəni 24 saata bitirəcəm deməsi bir yana, heç 6 aya bitirəcəm sözü də mümkün görünmür. Ukrayna zəif tərəf kimi Trampın hədələri qarşısında geri çəkilərək ona diktə edilən şərtlərlə müharibəni dayandırmağa razı kimi görünsə də, hansı ki, o da müxtəlif manevrlərlə bundan qaçmağa çalışır. Rusiyanın isə hələlik müharibəni bitirmək kimi istəyi yoxdur".

Newscenter.az xəbər verir bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, Rusiya özünün elan etdiyi Ukrayna əyalətləri olan beş ərazini tam işğal etməyincə geri çəkilmək istəmir:

"Tramp isə hər iki tərəfə hədələr gəlməklə məsələni həll etməyə çalışır. Hesab edirəm ki, bu, baş verməyəcək. Tramp hakimiyyətinin ilk günlərindən bu günə kimi ABŞ-ın başına o qədər problem açıb ki, bu problemlərin içindən çıxacağı çətin görünür".

Süleyman
Xəbəri paylaş