Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə məşhur otel yanır

Türkiyədə məşhur otel yanır


Türkiyədə daha bir oteldə yanğın olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Muğlada baş verib.

Belə ki, Muğlanın Marmaris rayonunda bir oteldə yanğın meydana gəlib. Qazanxanada başlayan yanğın otelin otaqlarına da keçib. Yanğının söndürülməsi üçün əraziyə çoxlu sayda qruplar göndərilib.

5 ulduzlu oteldə baş verən yanğın otel otaqlarına da keçib. Ehtiyat tədbiri olaraq otel boşaldılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş