Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha 33 gömrük əməkdaşı rüşvətə görə həbs edildi

Daha 33 gömrük əməkdaşı rüşvətə görə həbs edildi


Türkiyədə rüşvət almaqda şübhəli bilinən gömrük əməkdaşlarına qarşı əməliyyat keçirilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Kapıkule Sərhəd Qapısında rüşvət aldıqları müəyyən edilən 33 gömrük əməkdaşı saxlanılıb. Dövlət qulluqçularına rüşvət verməkdə şübhəli bilinən 128 nəfər barəsində də həbs qətimkan tədbiri seçilib. Əməliyyat zamanı külli miqdarda nağd pul ələ keçirilib.

Saxlanılan gömrük əməkdaşlarının Türkiyəyə daxil olan cinayətkarları qəbul etdikləri müəyyən edilib.

Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı 14 min 600 dollar, 21 min 325 avro və 89 min 800 lirə ələ keçirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş