
Yaponiyanın Çiba prefekturasında ağır yol nəqliyyat hadisəsi baş verib.
Newscenter.az NTV telekanalına istinadən bildirir ki, Tokioya bitişik olan Funabaşi şəhərində sürətlə idarə olunan avtomobil xəstəxana binasına çırpılıb. Maraqlısı odur ki, avtomobili sürətlə idarə edən 80 yaşlı kişi sürücü olub.
Qəza zamanı sürücü ağır xəsarətlər alıb. Bundan başqa hadisə zamanı xəstəxanaya müalicə və müayinəyə gələn 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Baş vermiş hadisə ilə əlaqədar yerli hüquq-mühafizə orqanları araşdırma aparır.
Mehman Mehdiyev