Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın hava limanları fəaliyyətini dayandırdı

Rusiyanın hava limanları fəaliyyətini dayandırdı


Rusiyanın bir sıra hava limanları fəaliyyətini dayandırıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, Vnukovo və Kaluqa hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Vnukovo və Kaluqa hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir",-deyə Federal Hava Nəqliyyatı Agentliyi bildirib.

Bildirilib ki, təyyarələrin ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür.

Mehman Mehdiyev
Xəbəri paylaş