
ABŞ və Finlandiya alimlərinin apardıqları təcrübələr göstərib ki, xüsusi hazırlanmış saqqız herpes və qrip viruslarını zərərsizləşdirə bilər.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, saqqız çeynəmək virus yükünü azaldır
Tədqiqatçılar bildirirlər ki, FRIL zülalı virusları zərərsizləşdirir, onların hüceyrələri yoluxdurmaq və çoxaltmaq qabiliyyətini azaldır, beləliklə ağızda virus yükünü və ötürülmə riskini minimuma endirir.
Tədqiqatın aparıcı müəllifi, Pensilvaniya Universitetindən biokimyaçı Prof. Dr. David A deyib ki, bu tapıntılar paxlalı bitkilərə əsaslanan saqqızın insan klinik sınaqlarında virus ötürülməsinin və infeksiyanın qarşısını almaq üçün potensialını nümayiş etdirir.
Yeni araşdırma, oxşar saqqızların SARS-CoV-2 virusunun ağızdan ötürülməsini 95 faiz azaltdığını göstərən əvvəlki tədqiqatların davamı olaraq həyata keçirilir. COVID-19-a qarşı hazırlanmış bu saqqızlar hələ də klinik sınaq mərhələsindədir.
Elm adamları əvvəlki tədqiqatlarda FRIL zülalının quş qripinə səbəb olan H5N1 və H7N9 viruslarına qarşı da təsirli olduğunu göstərmişdilər.
Anar Əliyev