Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə mədən çöküb

Türkiyədə mədən çöküb


Türkiyədə mədən qəzası olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə paytaxt Ankaranın Nallıhan rayonunda Çayırhan mədənində baş verib.

Baş vermiş çökmə nəticəsində 2-si ağır olmaqla 14 işçi yaralanıb. Uçqunun növbə dəyişməsi zamanı baş verdiyi və qrupların hadisə yerində işlərini davam etdirdiyi öyrənilib.

İşçilər təcili yardım maşınları ilə Beypazarı Dövlət Xəstəxanasına çatdırılıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş