Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ankarada Türk dünyasının qeyri-hökumət təşkilatları konfransı keçirilib

Ankarada Türk dünyasının qeyri-hökumət təşkilatları konfransı keçirilib


Türkiyənin paytaxtı Ankarada Türk dünyasının qeyri-hökumət təşkilatları konfransı keçirilib.

Newscenter.az xəbər verir ki, tədbir “EkoAvrasya” Vəqfi, “İpək Yolu” İctimai Diplomatiya Təşkilatının və Türk Dünyası Qeyri-Hökumət Əməkdaşlıq Dərnəyi tərəfindən təşkil olunub.

Qeyd edək ki, Türkiyə parlamentinin üzvləri – hakim Ədalət və İnkişaf Partiyasının sədrinin müavini Kürşad Zorlu, Şamil Ayrım, Filiz Kılıç, Azərbaycan Milli Məclisinin deputatı Tenzile Rüstemxanlı, Ankara Ticarət Palatasının İdarə Heyətinin sədri Gürsel Baran, Türkiyə Daxili İşlər Nazirliyi Sivil Toplumla Əlaqələr Baş İdarəsinin Xarici Əlaqələr Dairəsinin rəhbəri Fahrettin Kaya, TÜRKSOY baş katibinin müavini Sayit Yusuf, Dünya Ahıska Türkləri Birliyinin baş katibi Fuat Uçar, “EkoAvrasya” Vəqfinin sədri Hikmet Eren, “İpək Yolu” İctimai Diplomatiya Təşkilatının sədri Türksoy Seyfullah, Türk İnternet Media Birliyinin sədri DrSüleyman Basa, Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz, Türk Dünyası Vətəndaş Cəmiyyəti İş Birliyi Dərnəyinin sədri Kamal Kurnaz, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər, “Kanal Avropa” televiziyasının sahibi Akbas Alipasa, ATİB İdarə Heyətinin üzvü Nigar Alasgarova və başqalarının qatıldığı tədbirdə dörd panel müzakirəsi təşkil olunub.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər çıxışında ortaq media və vətəndaş cəmiyyətindən söz açıb. MŞ üzvü onu da xatırladıb ki, QHT-lər cəmiyyətin can damarıdır və bu can damarının qorunması və güclənməsi lazımdır.
Onun sözlərinə görə, burada ortaq fəaliyyətlər genişləndirilməlidir:

“Həm Krım, həm Ahıska, həm Kipr, həm də Qərbi Azərbaycan məsələsi gündəmdə saxlanılmalıdır. Eləcə də türk respublikaları ilə bütün sahələrdə ciddi iş birliyi artırılmalıdır. Özəlliklə də QHT və media sahəsində bu, ciddi şəkildə özünü göstərməlidir. Türk Dövlətləri Təşkilatları 2020-ci ildəki Qarabağ zəfərindən sonra bu məsələni prioritet şəkildə elan etdilər. Lakin mənə elə gəlir ki. bu, yetərli deyil. Bu mövzuların daha çox yayılması və geniş sahələrdə iş birliklərimizin olması vacibdir”.

A. Ələsgər əlavə edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Azərbaycan-Türkiyə QHT-lərinin Birinci Forumu və daha sonra Özbəkistan və Türkməneli QHT-ləri ilə keçirilən görüşlər bu sahədə örnək ola bilər.(yenicag.az)

Süleyman
Xəbəri paylaş