Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev İsrailin Dohadakı hərbi əməliyyatını pisləyib

Tokayev İsrailin Dohadakı hərbi əməliyyatını pisləyib


Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev İsrail hakimiyyətinin Qətərin paytaxtı Dohada hərbi əməliyyatını pisləyib.

Newscenter.az Akorda-ya istinadən xəbər verir ki, Tokayev belə bir hərəkətə dözməyin mümkün olmadığını deyib:

"Bu, Qətər dövlətinin suveren hüquqlarını pozur və beynəlxalq hüququn prinsiplərinə ziddir"..

İsrail televiziyası xəbər verir ki, bu gün İsrail Müdafiə Qüvvələri Qətərdə Fələstinin Həmas hərəkatının liderlərinə zərbələr endirib.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari Dohada HƏMAS siyasi bürosunun üzvlərinə hücuma görə İsrailin məsuliyyət daşıdığını təsdiqləyib. Nazirlik hücumu "qorxaqlıq" adlandırıb və bunun şəhər sakinləri üçün təhlükə yaratdığını vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş