Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qumar oyunları ilə bağlı 31,5 min sayt və linklər bloklanıb

Qumar oyunları ilə bağlı 31,5 min sayt və linklər bloklanıb


Qazaxıstanda qumar oyunları ilə bağlı 31,5 min sayt və linklər bloklanıb.

Newscenter.az Akorda-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinə Maliyyə Monitorinqi Agentliyinin sədri Janat Elimanov məlumat verib.

Elimanov bildirib ki, agentlik 24 milyard tengedən çox pulu nağd pula çevirən saxta şirkətləri ifşa edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi və fırıldaqçılıqdan əldə edilən gəlirləri yuyan 20 qeyri-qanuni kriptovalyuta birjasının fəaliyyətini dayandırıb.
Bundan əlavə, MDB-də ən böyük kriptovalyuta xidməti ləğv edilib.

Bundan əlavə, 17,1 milyard tenge dəyərində neft məhsullarının qanunsuz ixracına son qoyulub, qanunsuz tütün məmulatlarının istehsalı üzrə 2 gizli sexin və surroqat spirt məhsullarının istehsalı üzrə 16 sexin fəaliyyəti ifşa olunub. Kölgə dövriyyəsindən 12 milyard tenge dəyərində vaplar götürülüb.

Agentlik rəhbərinin sözlərinə görə, ümumilikdə 164 milyard tenge dəyərində olan 63 infrastruktur layihəsində büdcə vəsaitlərinin sui-istifadəsi və kənd təsərrüfatı sektorunda 11 milyard təngə dəyərində subsidiyaların səmərəsiz istifadəsinə son qoyulub.

Qanunsuz mikrokreditlərin verilməsi faktı ilə bağlı 23 istintaq işi başlanıb. İtkilər 71 milyard tenge təşkil edib. 300 mindən çox borcalanın borclarının ödənilməsi və silinməsi istiqamətində işlər davam etdirilir, 112 mindən çox vətəndaşı cəlb edən 45 maliyyə piramidası dağıdılıb.

Anar Əliyev
Xəbəri paylaş