
1945-2019-cu illər arasında Bavariya əyalətindəki Würzburg arxiyepiskopluğunda ən azı 226 uşaq və gənc cinsi istismara məruz qalıb. Bu cinayətlərin 3053 dəfə törədildiyi təxmin edildiyi və çox az günahkarın məhkum edildiyi bildirilib.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, bu barədə Almaniyada hazırlanan hesabatda bildirilir.
Cinsi İstismarları Araşdırma üzrə Müstəqil Komissiyanın hazırladığı hesabata görə, 43-ü katolik ruhani olmaqla 51 şübhəlinin ən azı 449 cinayət törətmiş ola biləcəyi ehtimal olunur.
Alman mətbuatında yer alan xəbərlərə görə, Vürzburq yepiskopu Frans Yunq bu dövrdə yeparxiyasında uşaqlara və gənclərə qarşı cinsi zorakılığın miqyasının dəhşətli olduğunu qeyd edib.
Mehman Mehdiyev