
Çeçenistanın Naurski rayonunun Novoterskoye kəndində yanacaq doldurma məntəqəsində yanacaq çənində partlayış baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, partlayış nəticəsində 3 nəfər həlak olub. Faktla bağlı cinayət işi açılıb,
Qeyd olunur ki, hazırda müstəntiqlər və məhkəmə-tibb ekspertləri cinayət yerində baxış keçirirlər. Məhkəmə-tibbi ekspertizalar təyin edilib, hadisənin baş vermə şəraitinin və onu törədən şəxslərin müəyyən edilməsi istiqamətində digər istintaq hərəkətləri həyata keçirilir.
Mehman Mehdiyev