Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp Harvard Universiteinə ayrılan 2,2 milyard dollar yardımı dondurdu

Tramp Harvard Universiteinə ayrılan 2,2 milyard dollar yardımı dondurdu


Tramp administrasiyası Harvard Universitetinə ayrılan 2,2 milyard dollar vəsaiti Ağ Evin tələblərini yerinə yetirmədiyi üçün dondurub.

Newscenter.az TASS-a istinadən bildirir ki, Harvard Universiteti Fələstin tərəfdarı etirazların qarşısının alınması tələbini rədd etdikdən və müxtəliflik, bərabərlik, inklüzivlik proqramlarına yenidən baxılmasını tələb etdikdən sonra Tramp administrasiyası təhsil ocağına qarşı hərəkətə keçib.

Beləliklə, ABŞ Təhsil Departamenti Harvard ilə 2,2 milyard dollarlıq maliyyələşməni və 60 milyon dollarlıq müqavilələri dondurmaq qərarına gəlib.

Harvard Universitetinin professorları prezident Tramp administrasiyasının məktəbə ayrılan 8,7 milyard dollarlıq federal maliyyəni araşdırmaq qərarına etiraz edərək məhkəməyə müraciət ediblər.

Mehman Mehdiyev
Xəbəri paylaş