Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb

Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb


Şabran rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Newscenter.az xəbər verir ki, "Report"un Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində Şabran rayonu Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər ölüblər.

Hadisə ilə bağlı araşdırma aparılır.
Xəbəri paylaş