
Vyetnama saxta aviabilet satan Astana sakini saxlanılıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə şəhər prokurorluğu məlumat yayıb.
Məlumatda bildirilir ki, 70-dən çox vətəndaş bir qadının fırıldaqçılıq hərəkəti ucbatından Vyetnama istirahətə gedə bilməyib. Onların səyahət vauçerləri ləğv edilib və zərərçəkənlər xeyli maddi itkiyə məruz qalıblar.
Təqsirkar aviabiletləri bazar qiymətlərindən aşağı təklif edərək, istehlakçıları biletləri xüsusi kanallar vasitəsilə ala biləcəklərinə inandırıb. Lakin fırıldaqçı orijinal bilet əvəzinə, saxta marşrut qəbzləri təqdim edib. Turistlər təyyarə biletlərinin sifariş olunmadığını ancaq təyyarəyə minməzdən əvvəl hava limanında biliblər. Qurbanlar arasında həm böyüklər, həm də uşaqlar var.
Dələduzluq edən qadın 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dəymiş maddi ziyan ödənilib.
Mehman Mehdiyev