
İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan İŞİD terror təşkilatının üzvü Türkiyədə həbs edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, terror təşkilatına üzv olmaqda şübhəli bilinən İraq vətəndaşı Kırıkkaledə saxlanılıb.
Məlumata görə, Terrorla Mübarizə Şöbəsi qrupları, Kırıkkale Baş Prokurorluğunun koordinasiyasında İŞİD terror təşkilatının üzvü olan İraq əsilli A.K.O-nun hərəkət və fəaliyyətlərinin deşifrə edilməsi istiqamətində iş aparılıb.
Komandalar onu şəhərin mərkəzində saxlayıblar. Hazırda terror təşkilatının üzvü barədə digər zəruri istintaq tədbirləri həyata keçirilir.
Cavid