
“Balık Ayhan” kimi tanınan musiqiçi Ayhan Küçükboyacı İstanbulda müalicə aldığı xəstəxanada 58 yaşında dünyasını dəyişib.
Newscenter.az-ın məlumatına görə, bu barədə trthaber xəbər yayıb. Bildirilib ki, sənətçinin ölüm xəbəri sosial şəbəkədə “Dəyərli sənətçimiz Balık Ayhanı itirdik” mesajı ilə yayılıb.

Ayhan Küçükboyacı aprelin 12-də nəfəs darlığı şikayəti ilə yaxınları tərəfindən Prof. Dr. Dr. Cəmil Taşcıoğlu Şəhər Xəstəxanasına aparılıb və orada reanimasiya şöbəsində müalicə altına alınıb.
1967-ci ildə İstanbulda anadan olan Balık Ayhan peşəkar karyerasına 16 yaşında başlayıb.
1992-ci ildə "Yaşayan Ruhlar" adlı albomunu çıxaran sənətçi albomdan sonra bütün Türkiyədə məşhurlaşıb.
Qaraçı mədəniyyətini əks etdirən "Bizim Mahalle" və "Kara Çalı Gibi" mahnıları ilə geniş tamaşaçı kütləsinə çatan Küçükboyacı, "İstanbul imperatorları" və "Bab'ı İstanbul" albomları ilə də tanınıb.
Qaraçı musiqisi sahəsində tanınan sənətçi "Ağır Roman", "Dansöz", "İspanaq hekayəsi" və "Baba Bi Buçuk" filmlərində də rol alıb.
Anar Əliyev