Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pedofillər nəzarətə götürüləcək

Pedofillər nəzarətə götürüləcək


Qazaxıstanın Daxili İşlər Nazirliyi mümkün cinayətlərin qarşısının alınmasına yönəlmiş yeni qanun çərçivəsində pedofillərin ömürlük nəzarətdə saxlanmasını təklif edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, nazir müavini İqor Lepexanın sözlərinə görə, bu gün azadlığa çıxan hər bir pedofil 8 il müddətinə inzibati nəzarətə götürüləcək. Məhz bu vaxt cəza müddəti başa çatır. İndi nazirlik nəzarəti davamlı olaraq genişləndirməyi planlaşdırır:

"Biz məhkəməyə məlumat verəcəyik ki, həmin şəxs eyni cinayəti təkrarlaya bilər. Məhkəmə nəzarət tədbirlərini 6 ay uzadacaq. Belə insanlar ömürlük qeydiyyatda olacaq".

Qeyd edək ki, Qazaxıstanda inzibati nəzarət çərçivəsində pedofillərə müxtəlif məhdudiyyətlər qoyulur. Bunlara məktəblərə və uşaq baxçalarına yaxın olmaqdan çəkinmək, əyləncə məkanlarına getməmək, gecələr evdən çıxmamaq və digər tədbirlər daxildir.

Mehman Mehdiyev
Xəbəri paylaş