Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Skuterlərə nömrə nişanı vurulacaq

Skuterlərə nömrə nişanı vurulacaq


Qazaxıstanda skuterlər üçün nömrə nişanı vurulacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, daxili işlər nazirinin müavini İqor Lepexa belə deyib. Onun sözlərinə görə, bu yolla skuterlərdə qayda pozuntusuna yol verən şəxsləri müəyyən etmək olacaq:

"Hesab edirik ki, bu rəqəmlər böyük yazılmalıdır və nömrə aydın görünməlidir. Məsələn, kimsə skuterlə uşağı vursa, onu görən insanlar dərhal polisə zəng edərək, belə nömrəli skuterin uşağı vurduğunu deyəcəklər. Daha sonra aqreqatorla birlikdə skuterin kimliyini müəyyənləşdirəcəyik".

DİN rəsmisi deyib ki, belə bir təcrübə hazırda Rusiyada mövcuddur:

"Moskvada skuterlərin identifikasiya nömrəsi böyük rəqəmlərlə yazılmışdır".

Cavid İmaməliyev
Xəbəri paylaş