
Özbəkistanda qəbul edilmiş yeni normativ sənədə əsasən, seysmik dayanıqlılıq baxımından binaların 12 mərtəbəyə qədər tikilməsinə icazə verilir.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb.
Bildirilib ki, xüsusi texniki şərtlər əsasında 12 mərtəbədən yuxarı binaların tikintisi də mümkün ola bilər.
Bu araşdırmalar və xarici təcrübə əsasında seysmik təhlükə, təsir və risklərin qiymətləndirilməsindən sonra mümkün ola bilər. Həmin normativ sənəd beynəlxalq ekspertlərin və yerli tikinti, layihələndirmə və podratçı təşkilatların iştirakı ilə müzakirə edilməlidir.
Anar Əliyev