
Qazaxıstanda uçuş zamanı məcburi eniş edən təyyarənin sərnişinləri tapılıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, dünən Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar şöbəsinə Tandan Kumkola uçan təyyarənin Qızılorda vilayətində məcburi eniş etməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, AN-2 təyyarəsinin göyərtəsində 3 nəfər olub.
Təcili axtarışlara Fövqəladə Hallar Nazirliyinin bütün qüvvə və vasitələri cəlb olunub. Axtarış işlərinin aparılması üçün Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin "Kazaviakutkaru" ASC-nin helikopteri də səfərbər olunub.
Koordinasiyalı səylər sayəsində itkin düşənlər 8 saatdan sonra səhrada tapılıb. Onlar Qızılorda vilayətinin Sırdərya rayonunun Terenözek kəndinə aparılıblar. Tapılan şəxslərin tibbi yardıma ehtiyacı olmayıb.
Anar Əliyev