
Tacikistandan Özbəkistana külli miqdarda narkotikin gətirilməsinin qarşısı alınıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçularının Xidmətin Daşkənd Regional İdarəsi və gömrük idarələri ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində 1986-cı il. Tacikistan Respublikasının vətəndaşı Özbəkistan-Tacikistan dövlət sərhədini qanunsuz keçərkən saxlanılıb.
Ona məxsus çantaya baxış keçirilən zaman içərisində 15 bükümdə ümumilikdə 14 kq 584 qram “həşiş” aşkar edilərək, prosessual qaydada götürülüb.
Digər halda, Xidmətin Fərqanə Regional İdarəsi əməkdaşlarının daxili işlər və gömrük orqanları ilə birgə keçirdikləri əməliyyat tədbiri zamanı Daşkənd vilayətinin Bekabad rayon sakini qonşu ölkədən qaçaqmalçılıq yolu ilə gətirilmiş 9 kq 467 qram “tiryək”i satan zaman tutulub.
İstintaqdan əvvəl aparılan araşdırmalar zamanı məlum olub ki, Tacikistan narkokuryeri tərəfindən qaçaqmalçılıq yolu ilə Surxandərya rayonuna gətirilən narkotik vasitə oradan Daşkənd vilayətinə çatdırılıb.
Qeyd edək ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində maddi sübut kimi götürülən ümumilikdə 26 kq 805 qram narkotik vasitənin məhz Tacikistan Respublikasından qaçaqmalçılıq yolu ilə gətirildiyi məlum olub.
Mehman Mehdiyev