
Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin təhsil sahəsində qanunların təmin edilməsi istiqamətində gördüyü işlər nəticəsində Almatı vilayətində sistemli korrupsiya hallarının qarşısı alınıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Almatı vilayətində İli Rayon Məhkəməsi rayon təhsil şöbəsinin müdiri və bu idarənin 7 mühasibinə qarşı hökm çıxarıb.
Onlar təhsil sektorunda faktiki iş görməyən şəxslərin maaşlarını köçürməklə 686 milyon tenge məbləğində büdcə vəsaitini mənimsəməkdə təqsirli biliniblər.
Bundan əlavə, təhsil şöbəsinin müdiri, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sürücüsünü saxta yolla tabeliyindəki məktəb-gimnaziyaya karyera məsləhətçisi kimi işə düzəldib və buna görə ona qanunsuz olaraq ümumilikdə 4,9 milyon təngə pul ödəyib.
Cavid İmaməliyev