Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda müəssisədə partlayış olub, xəsarət alanlar var

Sumqayıtda müəssisədə partlayış olub, xəsarət alanlar var


Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib.

Newscenter.az-ın məlumatına görə, "Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.
Xəbəri paylaş