Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrana hücum heç də nüvə silahı ilə bağlı deyil

İrana hücum heç də nüvə silahı ilə bağlı deyil


"ABŞ-ın İrandan sonra resurslarını Rusiyaya yönləndirməsi istisna deyil. İrana hücum heç də nüvə silahı ilə bağlı deyil".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ABŞ Rusiya, İran və Çinin strateji cəhətdən çökdürmək planına malikdir:

"D. Trampın Rusiya prezidenti V. Putinlə səmimiyyəti inandırıcı deyil. Nəzərə alaq ki, ABŞ Ukrayna ilə "Təbii ehtiyatların istismarı ilə bağlı müqavilə imzalayıb. Vaşinqtonda yaxşı bilirlər ki, Rusiya Ukraynanı işğal edərsə, ABŞ Mərkəzi Asiya və Avropa siyasəti fiaskoya uğraya bilər".

Politoloq qeyd edib ki, D. Trampın İranla aldadıcı danışıqlar prosesini Rusiyaya tətbiq etməsi mümkündür.

Süleyman
Xəbəri paylaş