Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın səması, Ermənistanın arxası açıqdır

İranın səması, Ermənistanın arxası açıqdır


"İranın səması, Ermənistanın isə arxası açıqdır. Paşinyan isə son günlər çox xoşbəxt və qayğısız görünür".

Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O deyib ki,Xamenei və ətrafı dərin bunkerlərdə gizlənib, əhali isə bombalar qarşısında çıxılmaz vəziyyətdədir:

"Tam zəmanət verirəm, İranda yüksək vəzifəli bir dənə də olsun rəhbər şəxsin övladına heç nə olmayacaq, heç burnu da qanamayacaq. Nə olacaqsa, İran xalqına olacaq.

Xamenenei söz vermişdi ki, ABŞ müdaxilə etsə, onu hər yerdə vuracaq. İndi baxaq görək İran ABŞ-a nə edə biləcək. Hələlik Xamenei çox dərindədir, səsi gəlmir. Hava buraxmaqla, söz atmaqla müharibə olmur. Hərdən gərək gücünü ciddi şəkildə göstərə biləsən".

Anar Əliyev
Xəbəri paylaş