
Türkiyə 2024-cü ildə 56,7 milyon xarici ziyarətçi ilə dünyanın ən çox turist cəlb edən ölkələri siyahısında 4-cü yerə yüksəlib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında verdiyi açıqlamada qeyd edib:
Nazir Dünya Turizm Təşkilatının məlumatına əsasən bildirir ki, turizm liqasında ilk 5 ölkə Fransa, İspaniya, ABŞ, Türkiyə və İtaliyadır.
"Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının dərc etdiyi 2025-ci ilin May Dünya Turizm Barometrinə görə, Türkiyə 2024-cü ildə 56,7 milyon xarici ziyarətçi ilə dünyanın ən çox turisti qəbul edən 4-cü ölkəsi oldu. Əvvəlki illə müqayisədə 5-ci yerdən 4-cü yerə yüksələn Türkiyə, bu sahədəki ümumi ziyarət sayımız sabit artımını davam etdirdi",-deyə nazir vurğulayıb.
Bu böyük uğurun tarixi irsin və mədəni zənginliyin, güclü infrastrukturun və dörd mövsümə yayılan turizm müxtəlifliyinin effektiv təbliğinin nəticəsi olduğunu bildirən Ersoy, "Türkiyə indi təkcə izlənilən deyil, həm də nümunə götürülən bir turizm ölkəsidir",-deyə bildirib.
Ruhiyyə Mehdiyeva