
Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə mümkün qədər tez nail olmaq niyyətindədir.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Marko Rubio jurnalistlərə verdiyi açıqlamada deyib.
"Lakin Ukrayna böhranının həlli üçün vaxt qrafikinin müəyyən edilməsi üçün müəyyən vaxt lazımdır. Biz bunu mümkün qədər tez etmək istəyirik”, -deyə Rubio vurğulayıb.
ABŞ dövlət katibi sülh sazişinin son tarixi ilə bağlı sualı cavablandırarkən deyib ki, sazişin qısa müddətdə əldə ediləcəyinə çox nikbinik:
"Bunu çox yaxında edə biləcəyik".
Şeyda











































