Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Afrika İttifaqı-Avropa İttifaqı sammiti başlayır

Afrika İttifaqı-Avropa İttifaqı sammiti başlayır


Noyabrın 24-25-də Anqolanın paytaxtı Luandada 7-ci Afrika İttifaqı-Aİ sammiti keçiriləcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, iştirakçılar təhlükəsizlik, investisiya və miqrasiya məsələlərini müzakirə edəcəklər. Forumda 28 Afrika və 14 Avropa lideri iştirakını təsdiqləyib. Bildirilir ki, hazırkı sammit “Afrika və Avropa üçün davamlı inkişaf və çiçəklənmə üçün imkanlar açır.

Qeyd edək ki, sammit Anqolanın müstəqilliyinin 50 illiyinə və AU-Aİ əməkdaşlığının 25 illik yubileyinə təsadüf edir. Sammitə Anqola Prezidenti Joao Lourenço və Avropa Şurasının sədri Antonio Kosta həmsədrlik edəcək. BMT-nin Baş katibi Antonio Quterreş, AU Komissiyasının sədri Məhəmməd Əli Yusuf və Avropa Komissiyasının sədri Ursula fon der Leyen də forumda iştirak edəcəklər.

Sammit çərçivəsində Ukrayna üzrə fövqəladə Avropa İttifaqı görüşünün də keçirilməsi nəzərdə tutulur.

Cavid
Xəbəri paylaş