Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Koreya prezidenti Türkiyəyə gəlir

Cənubi Koreya prezidenti Türkiyəyə gəlir


Cənubi Koreya prezidenti Li Çje Myon Türkiyəyə rəsmi səfərə gəlir.

Newscenter.az xəbər verir ki, səfər zamanı Cənubi Koreya lideri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək. Liderlərin görüşü zamanı iki ölkə arasında münasibətlər, xüsusilə iqtisadi sahədə mövcud olan əlaqələr və bu əlaqələrin daha inkişaf etdirilməsinin yolları müzakirə olunacaq.

Türkiyə-Cənubi Koreya liderlərinin görüşündə beynəlxalq aləmdə baş verən proseslərə, xüsusilə də Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli mümkünlüyünə də diqqət çəkiləcəyi bildirilir.

Cənubi Koreya liderinin Türkiyədə digər rəsmilərlə də görüşü nəzərdə tutulur.

Fuad
Xəbəri paylaş