
Əfqanıstan Özbəkistan vasitəsilə Orta Asiya ölkələrinin bazarlarına təzə və quru meyvə tədarükünə başlayıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Əfqanıstan Ali Liderinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, "Bəlxdən Özbəkistan bazarlarına və oradan da Orta Asiyaya 250 min ABŞ dolları dəyərində 500 ton nar, alma və quru giləmeyvə ixracı rəsmi olaraq başlayıb. Bu marşrut davam etdiriləcək və təzə və quru meyvələr Hayraton limanı vasitəsilə Özbəkistana və Orta Asiyaya ixrac ediləcək.
Daha əvvəl Əfqanıstan mediası Bəlx regional Ticarət və Sənaye Palatasının nümayəndələrinin özbək həmkarları ilə sərhəd rüsumsuz ticarət üçün quru və hava dəhlizlərinin açılması ilə bağlı bir neçə müqavilə imzaladığını bildirmişdi.
Cavid










































